• $
  • €
  • ₽
  • ₺
  • £

Rektorluqdan azad olunan Şəmsəddin Hacıyev ilk MÜSAHİBƏsi

Rektorluqdan azad olunan Şəmsəddin Hacıyev ilk MÜSAHİBƏsi
14.03.2014 23:28

Ölkə başçısının sərəncamı ilə İqtisad Universitetinin rektor vəzifəsindən azad olunan millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev Modern.az-a müsahibə verib.

O, universitetdəki fəaliyyətindən, yarımçıq qalan işlərindən və ölkə başçısının sərəncamı haqda fikirlər səsləndirib.  

 

- Şəmsəddin müəllim, “Elm siyasəti haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmalı idi. Ancaq bu barədə bir xəbər yoxdur. 

- Bu qanun böyük maliyyə tutumlu sənəddir. Bu qanun layihəsinin maliyyə məsələsi Maliyyə Nazirliyi tərəfindən araşdırılır. Ümumi bir məxrəcə gələn kimi sənəd müzakirəyə çıxarılacaq.

- Sənəd sessiyanın gündəliyində var idi. Ola bilərmi ki, ümumiyyətlə müzakirəyə çıxarılmasın.

- Gündəlikdə var, müzakirəyə də çıxaracayıq.

 - Azərbaycanda uşaq baxçaları Təhsil Nazirliyinə tabe deyil. Bu isə pərakəndəlik yaradır. Yaxın zamanlarda uşaq baxçalarının Təhsil Nazirliyinin tabeçiliyinə verilmə məsələsi gözlənilirmi?  

- Artıq bununla bağlı işlər gedir. Təbii ki, bağçalar Təhsil sistemində cəmləşsə daha yaxşı olar. Həm nəzarət mexanizmi, həm oradakı tədrisin təşkili daha effektli olar.  

 - Milli Məclisin ən böyük komitələrindən birinə rəhbərlik edirsiniz. Rektor vəzifəsindən azad olunmağınızı necə qarşıladınız?  

- Mən bu sərəncamı çox normal qarşıladım. Tam səmimi deyirəm. 9 il 4 ay Universiteti demək olar ki, dəyişdik. Tamamilə başqa Universitet yaratdıq. İqtisad Universiteti “Narxoz” dını üzərindən birdəfəlik atdı. Artıq İqtisad Universiteti Avropa səviyyəsində olan ali təhsil ocağıdır. Yeni tələblər, istiqamətlər var. Yeni rektor bütün bu vəzifələrin öhdəsindən gəlməlidir və gələcəkdir də. Yeni rektoru da çox gözəl tanıyıram. Yaxşı təhsil alıb, elmi işini Kiyevdə müdafiə edib. İqtisad Universitetində iqtisadçının rektor olması tamamilə təbiidir. Mən də bundan sonra bütün potensialımı yalnız qanunvericiliklə və elmi fəaliyyətimlə davam etdirəcəyəm.  

 - Universitetdə yarımçıq qalan işləriniz oldumu?

- Təbii ki, çox işlər var idi ki, başlanılmışdı, amma başa çatdırılmamışdı. Biz yeni rəhbərlə bir neçə dəfə görüşmüşük, məsləhətləşmişik. O, işlər nəinki axıra çatdırılacaq, hətta yenilərinə başlanılacaq. Bu elə bir sahədir ki, daim inkişaf etməlidir.

- Universitetdə müəllim olaraq fəaliyyətinizi davam etdirə biləcəksinizmi?  

- Əlbəttə. Mən kafedra müdiriyəm.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol