• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd ayda hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 286 nəfər aşkarlanıb- DSX

Dörd ayda hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 286 nəfər aşkarlanıb- DSX
01.06.2023 15:28
Cari ilin mayında Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 286 nəfər aşkarlanıb, sərhədi pоzduqlarına görə 48 nəfər saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Ötən ay ölkədən çıxışı qadağan olan 449 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 19 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Bildirilib ki, 2023-cü ilin mayında saxlanılan 21 nəfəri Azərbaycan, 8 Nepal, 7 Hindistan, 4 Pakistan, 2 Türkiyə, 1 Əfqanıstan, 1 Əlcəzair, 1 Qana, 1 Özbəkistan və 2 Ermənistan vətəndaşları оlublar.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 24 nəfər saxta tarix möhürləri və saxtalaşdırılmış pasportla dövlət sərhədini keçməyə cəhd göstərib.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 118 kq 383 qram narkоtik vasitə və 1180 ədəd psixotrob həb aşkarlanaraq qanunsuz dövriyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 612 min 36 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, mobil telefonlar və tütün məmulatları saxlanılıb.

Aytac Zeynalova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol