Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyun 8-dən 18-dək gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralığında Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin işlər aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə icra olunacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























