• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Bakı ilə Naxçıvan arasında səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib

AZAL Bakı ilə Naxçıvan arasında səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib
17.06.2023 09:00
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq - yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.

Bu barədə  AZAL-dan bildirilib.

Bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və şəffaf edəcək.

Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.

Respublika daxilində reyslərə aviabiletlərin dəyəri Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

Mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün sərnişinlərdən diqqətli olmalarını və biletləri yalnız rəsmi internet saytından almalarını xahiş edirik.

18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvan hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.

AZAL hər gün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 4 müntəzəm reys həyata keçirir və tələbatdan və aviaşirkətin texniki imkanlarından asılı olaraq bu marşrut üzrə əlavə reyslər yerinə yetirilir.

Aviadaşımalar mövsümündə yüksək tələbat olsa da, bu marşrut üzrə uçuşların sayı bütün proqnozları üstələyir. Təkcə son bir həftə ərzində bu istiqamətdə hər gün 10-a yaxın uçuş yerinə yetirilib və gündəlik 2 mindən çox sərnişin daşınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol