• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bal idxalını artırıb, yerli istehsalçılar narazıdır

Azərbaycan bal idxalını artırıb, yerli istehsalçılar narazıdır
21.06.2023 17:25
2023-cü ilin  yanvarında Azərbaycana 35,55 min ABŞ dolları dəyərində 8,24 ton təbii bal idxal edilib. Bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər olaraq 8,7 faiz, həcm ifadəsində isə 5,8 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
 
2022-ci ildə Azərbaycanda 7 min 445,9 ton bal istehsal edilib. 2021-ci ildə isə bu rəqəm 6 min 802 ton olub. Beləliklə, 2021-ci illə müqayisədə bal istehsalı 9,5% artıb. 
 
 
Bal istehsalçısı olan Elvin Bayramlı bildirir ki, bal idxalının məhdudlaşdırılması yerli istehsalı stimullaşdıra və keyfiyyəti daha da yaxşılaşdıra bilər.
 
"Hər il bazara çıxarılan məhsulun ən azı 20-30 faizi əldə qalır. Azərbaycana hər il saxta və ucuz qiymətə olan ballar gəlir. Bu məsələlərə baxmaq üçün Qida Təhlükəsizliyi İnstitutu var. Amma bu yoxlama məsələləri qida sektorunda hələ də oturuşmayıb. Rusiyadan, İrandan keyfiyyətsiz bal məhsullarını gətirir, reklam edib satırlar. İnsanlar da asanlıqla buna inanırlar. Biz bununla bağlı dəfələrlə müraciət etmişik. Məncə bu sahəyə dəstək vermək üçün ilk növbədə idxala qadağa qoymaq lazımdır. Bu addım növbəti beş il ərzində arıçılığa güclü təkan verə bilər. Bunun nəticəsində ixrac artacaq. Dövlətin və bank sektorunun  dəstəyi ilə böyük təsərrüfatların sayı artırılmalıdır ki, kiçik təsərrüfatlar orta təsərrüfatların yerini tutsun”, - istehsalçısı deyib.
 
Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmmli arıçılıq sahəsində əsas problemlərdən birinin yemlə bağlı olduğunu düşünür.
 
"Arıçılıqla məşğul olan fermerlərin kifayət qədər çox problemi var. Ən əsas problemlərdən biri də yemlə əlaqədardır. Problemin kökündə xaricdən ucuz balın gətirilməsi dayanmır. Xaricdən gətirilən balların hamısına keyfiyyətsiz demək düzgün deyil. Çünki qonşu ölkələrdə bu sahə ciddi nəzarət olunan sahələrdən hesab olunur. Regiondakı ölkələr içərisində balın maya dəyəri ən yüksək olan ölkə Azərbaycandır. Bununda səbəbi yem bazasının zəif olması və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmamasıdır. Bunun digər səbəbi Azərbaycanda meşə ərazilərinin az olması və kimyəvi maddələrdən istifadə olunmasıdır. Son vaxtlar arı ailələrinin sayı bizdə xeyli artıb, amma yer bazası bizdə çox zəifdir. Digər səbəblər isə forsmajor hadisələrlə bağlıdır. Dolu yağması, intensiv yağışlar arıya hərəkət etməyə imkan vermir və nəticədə də arı bal toplaya bilmir. Ona görə də burada fermeri qınamaq düzgün deyil. Burada hökumətin üzərinə düşən müəyyən vəzifələr var. İlk növbədə meşə əraziləri genişləndirilməlidir. Daha sonra əkinçilikdə zəhərli maddələrdən istifadəni azaltmaq lazımdır. Əgər biz bitkinin immun sistemini möhkəmlətsək, bitki normal inkişaf edər və zərərvericilərə qarşı da özü davam gətirər. Məncə bu məsələlərlə yanaşı dövlət bir sıra kompleks tədbirlər də həyata keçirməlidir”, - ekspert bildirib.
 
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilib ki, bu da arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib. Belə ki, 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb. Ümumiyyətlə, "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlib.
 
Eltac Nurullazadə

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol