Sel Qaxda fəsadlar törədib – Video

Fövqəladə Hallar Nazirliyinə Qax rayonu, Qaradolaq kənd sakini Salmanov Süleyman Məhəmməd oğluna məxsus evin intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini Süleyman Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
www.anews.az
























