• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək

Bəzi orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
29.05.2020 11:49
Azərbaycanda orta məktəblərin VII siniflərinin dərsliklərinə tarixi abidələr və mədəni irslə bağlı yeni mövzular daxil ediləcək.Təhsil nazirinin müavini Ceyhun Bayramov Trend-ə bildirib ki, artıq bununla bağlı dərslik hazırlayan nəşriyyatlara tövsiyələr verilib: "Azərbaycanın orta təhsil sistemində 2008-ci ildən etibarən kurrikulumun tətbiqinə başlanılıb. 2008-ci ildə məktəbə gedən uşaqlar hazırda VI sinifdə oxuyurlar. Gələn tədris ilində isə onlar VII sinifdə oxuyacaqlar. VII siniflər üçün dərsliklərin yazılmasını indi sifariş edirik".Nazir müavini deyib ki, VII siniflər üçün dərliklərin sifarişi zamanı "Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi də nəzərə alınıb.C.Bayramovun sözlərinə görə, həmin dövlət proqramının qəbulunu nəzərə alaraq, 2014-2015-ci tədris ili üçün VII siniflər üçün dərsliklərin hazırlanması zamanı oraya tarixi abidələr, qeyri-maddi mədəni irslə bağlı mövzuların salınması tövsiyə edilib. Yeni mövzular əsasən VII siniflərin "Həyat bilgisi", "Azərbaycan tarixi" dərsliklərinə daxil ediləcək.Nazir müavini deyib ki, hazırda istifadə edilən I-VI sinif dərsliklərində, xüsusən "Həyat bilgisi" və "Azərbaycan tarixi" kitablarında mədəniyyətimizin qədim tarixi nümunələri barədə məlumatlar var.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol