• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda doğuş və klassik qeysəriyyə əməliyyatı ödənişsiz olacaq

Azərbaycanda doğuş və klassik qeysəriyyə əməliyyatı ödənişsiz olacaq
03.07.2023 15:12
Azərbaycanda doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığorta tərəfindən ödənişsiz həyata keçirilir.  Bu barədə İcbari Tibbi Sığorta məlumat yayıb.
 
Bildirilir ki, xidmətlər Zərfi ilə hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər təminata alınıb. Tibbi xidmətlərə doğuşaqədər mama-ginekoloji yardımın göstərilməsi və dispanser nəzarət daxildir. Həmçinin hamiləlik dövründə, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, müalicə üçün tibb müəssisələrinə göndərişlərin verilməsi də profilaktik müayinələr zamanı həyata keçirilir. Bu xidmətlər hamiləlik dövründə baş verə biləcək fəsadların qarşısını almaq, ana və uşaq sağlamlığını qorumaq məqsədilə göstərilir. 

Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması və digər müayinələr də həyata keçirilir. 
 
2022-ci il Azərbaycan əhalisinin 47%-i icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Həmin dövr ərzində 4,5 milyon şəxsə xidmət göstərilib. 
 
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir. 

İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin  xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.
 
 
Aytac Zeynalova




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol