• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığortaya yeni xidmətlər daxil ediləcək

İcbari tibbi sığortaya yeni xidmətlər daxil ediləcək
04.07.2023 13:54
Nazirlər Kabinentinə İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfi təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, yaxın zamanda paketin təsdiqlənəcəyi gözlənilir.

"Yeni zərfdə ürək-damar xəstəliklərinin siyahısı genişləndirilib. Əvvəlki zərfdə olmayanlar yeni paketə salınıb və tam əhatə olunub. Ürək-damar xəstəlikləri üzrə heç bir xəstəlik kənarda qalmayıb. Vətəndaşlar bundan tam istifadə edə biləcəklər. Yeni zərfdə böyrək və qaraciyər köçürülməsi nəzərdə tutulub. Bunu il ərzində həyata keçirməyi nəzərdə tuturuq”,- Zaur Əliyev əlavə edib.
 
Zazur Əliyev bildirib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir. Bunun üçün mobil tətbiq də istifadəyə verilib. Gələcəkdə həkim qəbulunun vaxtı da mobil tətbiq vasitəsilə olacaq və növbə gözləməyə ehtiyac qalmayacaq.

Onun sözlərinə görə, agentlik daim xidmətlər zərfinin təkmilləşdirilməsi, artırılması, əhaliyə daha çox xidmətin göstərilməsi ilə bağlı iş görür.
 
2022-ci il Azərbaycan əhalisinin 47%-i icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Həmin dövr ərzində 4,5 milyon şəxsə xidmət göstərilib. 
 
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir. 

İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin  xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol