• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat dərmanların qıtlığına etirazını bildirib

Deputat dərmanların qıtlığına etirazını bildirib
06.07.2023 12:41
Azərbaycanda dərmanların qiyməti və kefiyyəti ilə bağlı problemlər hələ də həllini tapmır. Bunu deputat Vahid Əhmədov deyib. 

"Hazırda dərmanların sertfikasiya məsələsi problem olaraq qalır. Dərmanlar aylarla sertfikaşdırılmır. Nəticədə bəzi dərmanların zəmanət vaxtı da bitir. Dünya sistemində elə dərmanlar var ki, onların sertfikasiya prosesinə cəlb olunmasına ehtiyac yoxdur”, - deputat iyulun 6-da Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı bildirib.

Deputat dərmanların qıtlığına etirazını bildirib. 

"Nə üçün dərman qıtlığı yaranır? Bunun problemi nədir? Elə olur ki, adi baş ağrısı dərmanını apteklərdə tapmaq olmur. Dərmanların kefiyyəti də problemdir. Alman aptekdə satılan dərmanla adi aptekdə satılan dərmanın kefiyyətində fərq var. Əgər bu dərmanlar laborotoriyada yoxlanılırsa bu kefiyyətsizlik hardan qaynaqlanır?”, - deputat vurğulayıb. 

Vahid Əhmədov hökumətin dərmanların qiyməti ilə bağlı layihənin hələ də onlara niyə təqdim olunmaması ilə bağlı müraciət edib. 

"Niyə o layihə bizə təqdim olunmur? Necə dəfə demişik,amma nəticə yoxdur. Təklif edirik ki, dərmanların idxalı gömrük rüsumlarından azad olunsun. Gürcüstan pratikası buna bir nüumunədir. Gürcüstanın Türkiyə ilə bağlı uğurlu bir müqaviləsi də var. Biz də həmin pratikadan istifadə edə bilərik”, - Əhmədov deyib. 

Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, nə qədər ki, ölkədə dərman istehsal olunmur dərmanların idxalı zamanı bu cür problemlər qalacaq. Deputat bildirib ki, artıq dünyanın 4 əsas dərman şirkəti Ələq İqtisadi Zonasında dərman istehsalına başlayacaq. 

Səhiyyə nazirinin müavini Rasim İsmayılov Vahid Əhmədova cavab olaraq bildirib ki, dərmanların qıtlığının bir çox qlobal səbəbləri var.
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol