• $
  • €
  • ₽
  • ₺
  • £

Məmməd və Məhəmməd adlarına qadağa qoyulmayıb - RƏSMİ

Məmməd və Məhəmməd adlarına qadağa qoyulmayıb -  RƏSMİ
10.07.2023 16:37
Məmməd və Məhəmməd adlarının uşaqlara verilməsinə hər hansı qadağa qoyulmayıb.  Bu barədə Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Anews.az-a bildirib.

"Biz Məmməd və Məhəmməd adlarının uşaqlara verilməsinə qadağanın qoyulması barədə heç bir açıqlama verməmişik. Bizim Terminologiya Komitəsi kimi buna ixtiyarımız yoxdur. Adlar qeydiyyat idarələri tərəfindən verilir, biz vermirik. Sadəcə olaraq adların yazılması ilə bağlı qeydiyyat idarələrindən bizə müraciət edirlər ki, bu adlar necə yazılır və biz bununla bağlı cavab veririk. Bizim ixtiyarımız yoxdur ki, hansısa adı qoymağə qadağa edək”, - Sayalı Sadıqova bildirib.

O həmçinin söyləyib ki, bu məsələ ilə bağlı müzakirələr 2015-də olub. 

"2015-ci ildə adların yazılışı ilə bağlı müzakirələr aparılıb. Məmməd yazılsın ya Məhəmməd, amma bu müzakirə 2015-də olub. O müzakirələr zamanı müəyyənləşib ki, bu ad iki formada yazıla bilər. Məmməd adı iki "m" hərfi ilə yazılır", - dilçi alim bildirib.
 
Onun sözlərinə görə, Məhəmməd adı Azərbaycanda ən çox qoyulan adlardandır.  2015-ci ildən indiyədək mindən çox uşağa Məhəmməd adı verilib.
 
Dünən yerli mediada Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovaya istinadən Məmməd adının yei doğulan uşaqlara verilməsinə qadağa qoyulması barədə xəbərlər yer alıb. Həmin xəbərlərdə Asan Xidmətdən bu adların düzgün yazılışı ilə bağlı tez-tez sorğu daxil olduğuna görə, onlara qadağanın qoyulduğu bildirilib. 
 
Sayalı Sadıqova bu xəbərin təmamilə yanlış olduğunu vurğulayıb.  
 
Rabia Hale Seferoğlu

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol