• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq
10.07.2023 18:20
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) yerin məsafədən müşahidə edilməsi məqsədilə yeni peykin orbitə çıxarılması üçün layihənin icrasına başlayıb.

Bu barədə "Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

"Bu, hələ o demək deyil ki, yeni peyk dərhal hazır olacaq. Bu proses bir neçə il çəkir. Biz ehtimal edirik ki, 2025-2026-cı illərdə yeni peykimiz orbitə çıxarılacaq”, – deyə o qeyd edib.

"Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: "Tenderdə Avropa, Asiya və ABŞ-dan 20-dən çox şirkət iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.
Bu ilin aprel ayında Azərbaycanın yeganə yerin məsafədən müşahidə peyki "Azersky” dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol