• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil krediti alan tələbələrin sayı açıqlanıb- RƏSMİ

Təhsil krediti alan tələbələrin sayı açıqlanıb- RƏSMİ
12.07.2023 17:03
2023- cü il yaz sessiyasında Tələbə Krediti Fondundan 6714 nəfər yararlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Bildirilir ki, müraciət edənlərin 2345 nəfəri sosial, 4369 nəfərin müraciəti isə standart olaraq rəsmiləşdirilib.
 
2021-2023-cü ildə Azərbaycanda dövlət büdcəsindən Təhsil Tələbə Kredit Fonduna 102 milyon manat vəsait ayrılıb.  Bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilib.

Vəsaitin 80 milyon manatı 2021-ci ildə, 22 milyon manatı isə 2022-ci ildə ayrılıb. Bu vəsait hesabına hazırda cəmi 12 600 nəfərə, o cümlədən 4 700 nəfərə (37%) sosial, 7 900 nəfərə (63%) standart təhsil tələbə krediti verilib.
 
2021-ci il sentyabrında Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Təhsil Tələbə Krediti Fondunun” yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və kapitalı müəyyənləşdirilib. Belə ki, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub.

Kreditlər öz hesabına təhsil alacaq tələbələrə şamil olunur və 2 qrupa bölünür: Birinci qrupa sosial həssas qrupa aid olan tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil kreditində faiz dərəcəsi az olacaq. Sosial həssas qrupa aid olan tələblərin kredit faizləri isə daha da aşağı olacaq.

Tələbə krediti 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə-hissə Fonda qaytara biləcək. Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.

Kreditlər veriləndə ilkin mərhələdə tələbənin giriş balı nəzərə alınacaq. Kredit üçün müraciət edəcək tələbələrin yüksək nəticə göstərməsi ilk şərt olacaq.

Fondun Nizamnaməsinə əsasən kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.
 
Aytac Zeynalova




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol