6 ayda nə qədər sosial müavinət təyin olunub? - Nazirlikdən açıqlama

2023-cü ilin altı ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən 18 min pensiya, 68 min müavinət və təqaüd təyin olunub. Bu barədə nazirlikdən bildirilib.
Bu dövr ərzində əhaliyə sosial ödənişlər üçün 3 milyard 941 manat ödənilib.
Azərbaycanda minumum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulub.
2022-ci ildə ölkədə ümumilikdə 586,5 min pensiya, müavinət və təqaüd təyin olunub. Azərbaycanda sosial ödənişlər 2019-cu ildən elektronlaşıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 13:04
Zahid Oruc: Xarici aqronom və baytarların təcrübəsi yerli mütəxəssislərin bacarığına çevrilməlidir























