• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Pakistanın 3 şəhərinə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır

AZAL Pakistanın 3 şəhərinə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır
18.07.2023 19:39
Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində həmin ölkənin dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə keçirdiyi ikitərəfli görüşlərdə deyib.

Görüşlərdə iki ölkə arasında aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Rəşad  Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa layihələri barədə məlumat verib. Nazir bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahəyə böyük sərmayələr yatırıb. Belə ki, bir sıra avtomobil və dəmir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.

Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə Azərbaycan üzərindən "Şimal-Qərb” və "Şimal-Cənub” dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol