• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kibertəhlükəsizliklə bağlı vəziyyət nə yerdədir? - İT MÜTƏXƏSSİSİ

Azərbaycanda kibertəhlükəsizliklə bağlı vəziyyət nə yerdədir? - İT MÜTƏXƏSSİSİ
26.07.2023 19:41
2023-cü ilin yanvar-fevralında AzStateNet şəbəkəsində bloklanmış kompüter təhlükələrinin sayı 49 064 təşkil edib. Bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildirilib.

URL ünvanlar əsasında bloklanmış təhlükələrin sayı 20 318, mərkəzləşdirilmiş antivirus sistemi (MAS) ilə bloklanmış təhlükələr 5 901, "qumqabı" adlandırılan mexanizm (kompüter proqramlarından təhlükəsiz istifadə üçün xüsusi izolyasiya edilmiş mühit) vasitəsilə blok edilmiş təhlükələrin sayı isə 28 746 təşkil edib. 
 
Mövzu ilə bağlı İT üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev suallarımızı cavablandırıb.
 
Azərbaycana edilən kiberhücumlar daha çox hansı platformalar üzərindən həyata keçirilir?
 
"Azərbaycanda kiberhücumların olması müxtəlif situasiyalara görə dəyişir. Məsələn müharibə dövründə əsasən dövlət platformalarına kiberhücumlar təşkil olunurdu. Digər vaxtlarda isə əsasən banklara, insanların fərdi məlumatlarına, e-mail hesablarına müxtəlif yollarla hücumlar təşkil olunur. Yəni bu vəziyyətə və vaxta görə dəyiş bilir. Amma burdakı əsas peşəkarlıq ondan ibarətdir ki, ölkədəki vəziyyəti və durumu nəzərə alaraq mütləq hər zaman lazımi tədbirlər görmək lazımdır. Biz hər birimiz mütləq mənada öz informasiyalarımızın qorunması üçün diqqətli olmalı və məlumatlarımızı etibarsız yerlərdə paylaşmamalıq, eyni zamanda əmin olmadığmız tələblərə də təsdiq verməməliyik. Kiberhücumlar hər il getdikcə çoxalır, çünki, insanların sayı artır, eyni zamanda istifadə olunan IT avadanlıqlarının və bu avadanlıqlar üzərindən verilən xidmələrin sayı artmaqda davam edir. Buna mütənasib olaraq da kibertəhdidlər artan istiqamətdə gedir".
 
Azərbaycanda kibertəhlükəsizliklə bağlı vəziyyət nə yerdədir?

"Azərbaycanda informasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyası fəaliyyətə başlayandan sonra ölkədə ciddi dəyişikliklər baş verdi və bu sahədə ciddi inkişaf oldu. Ölkə səviyyəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gördüyü müxtəlif tədbirlər var. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarının təhlükəsizliyi ilə bağlı məsələlərdə çox yaxından iştirak edir. 2022-ci ildə yaranmış Azərbaycan kibertəhlükəsizlik təşkilatları assosasiyası(AKTA) artıq ciddi maarifləndirici tədbirlər görür. Assosasiya müxtəlif tədbirlər keçirərək, həm məktəblərdə, həm də universitetlərdə maarifləndirmə işləri aparır. Son vaxtlarda yaranmış Azərbaycan kibertəhlükəsizlik təşkilatları assosasiyası var. Bu assosasiya müxtəlif tədbirlər keçirərək, həm məktəblərdə, həm də universitetlərdə bu mövzuda ciddi marifləndirmə işləri aparırlar. Qanunvericililiyin beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı layihələr həyata keçirilir. Azərbaycanın informasiya və kibertəhlükəsizlik üzrə milli strategiya layihəsi hazırlanıb və yaxın zamanda təsdiqi gözlənilir. Eyni zamanda bu yaxınlarda Nazirlər Kabineti Kritik İnformasiya İnfrastrukturu barədə qərar qəbul etdi. Bununla yanaşı universitetlərdə kibertəhlükəsizlik üzrə yeni ixtisaslar yaranıb və gənclərin da bu sahəyə ciddi marağı var".

Zərərli proqramların çoxu daha çox hansı alətlər vasitəsi ilə çatdırılır?
 
"İnsanlar ən çox hansı proqramdan istifadə edirsə, zərərli proqramların çoxu da o istiqamətdən gəlir. Birinci təhlükə kimi e-poçt ünvanlarını hesab etmək olar. Bu elə bir sistemdir ki, müxtəlif şirkətlər tərəfindən, hətta, fiziki şəxslər tərəfindən yaradıla bilir. Adətən bu təhlükələrin qarşısını almaq üçün ödənişli təhlükəsizlik proqramlarından istifadə olunur.  Vətəndaşlar onlara gələn e-poçtların domen adlarına diqqət yetirməli və tanımadıqları domenlərə daxil olmamalıdırlar. İnternet fırıldaqçılığının ən yayılmış növlərindən biri "Fişinq"dir. məqsədi gizli istifadəçi məlumatlarını - istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə etməkdir. Fişinqi həyata keçirmək üçün, çox vaxt tanınmış şirkətlər və ya təşkilatların adından kütləvi poçt göndərmə üsulu istifadə olunur. Adətən bu cür məktublar saxta və təhlükəli saytlara keçidləri ehtiva edir. Əsas məqsədi isə istifadəçini məktubun vacib olduğunda əmin etməkdir. İnsanların ən çox istifadə etdiyi sosial şəbəkələrdən biri "Facebook”dur. Buradan da insanlar müxtəlif yollarla məlumatların oğurlanması kimi kiberhücumlara məruz qala bilərlər. Digər təhlükə isə "Twitter”, "Linkedln” kimi sosial şəbəkələr ola bilər. Amma bu şəbəkələr "Facebook”a nisbətən daha az təhlükə mənbəyi hesab olunurlar. Ona görə ki, istifadəçi sayı azdır və müəyyən qədər məhdudiyyətləri var. Bütün kiberhücumların və təhdidlərin əsas mənbəyi zəif və məlumatsız insandır. Əgər, kiminsə informasiya təhlükəsizliyi ilə bağlı məlumatları çox azdırsa, o insan hər an kiberhücuma məruz qala bilər".
 
Vətəndaşlar kiber hücumlardan qorunmaq üçün nə etməlidirlər?
 
"Bizim hər birimiz mütləq mənada məlumatlı olmağa çalışmalıyıq. Vətəndaşlar kibertəhlükəsizlik üzrə aktual təhdidlər və onlardan qorunmaq üsulları barədə daimi olaraq biliklərini yeniləməlidir. Azərbaycanda cəmiyyətin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi və aktual kibertəhdidlərlə bağlı məlumatlandırılması ilə bağlı səlahiyyətli qurum RİNN yanında Elektron Təhlükəsizlik Xidmətidir. . Eyni zamanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saytında ciddi maarifləndirici məlumatlar mövcuddur və istəyənlər bu məlumatlardan ciddi formada yararlana bilər. Bu qurum mütəmadi olaraq öz sosial şəbəkə hesablarında çəmiyyət üçün faydalı məlumatlar paylaşır. Vətəndaşlar bu kanalları izləməklə kiberhücumlardan qoruna bilərlər", ekspert bildirib.
 
URL ünvanlar əsasında bloklanmış təhlükələrin sayı 2022-ci ildə 2,5 dəfə, mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanmış təhlükələr 18,67 faiz, "qumqabı" vasitəsilə blok edilmiş təhlükələrin sayı isə beş dəfədən çox artıb.

2022-ci ilin yekunlarına görə, AzStateNet şəbəkəsində URL ünvanlar əsasında bloklanmış təhlükələrin sayı 96 085, MAS vasitəsilə bloklanmış təhlükələr 37 287, "qumqabı" vasitəsilə blok edilmiş kompüter təhlükələrinin sayı isə 222 860 olub.
 
Eltac Nurullazadə
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol