3967 nəfər müharibə iştirakçısına əlilik təyin olunub

İkinci Qarabağ müharibəsindən sonra 3967 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik statusu verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 29054 reabilitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 2020-ci ilin dekabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin son nəsil protezlə təminatına başlanıb və artıq 376 hərbçinin 391 son nəsil protezlə təminatı həyata keçirilib.
Gülnar
www.anews.az
























