• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan LGBTİ hüquqlarının ən çox pozulduğu ölkədir - ILGA Europe

Azərbaycan LGBTİ hüquqlarının ən çox pozulduğu ölkədir - ILGA Europe
03.08.2023 18:28
 Avropada LGBT hüquqlarına hörmət edən ölkələr arasında  Azərbaycan və Türkiyə ən sonuncu yerdə qərarlaşıb.  Bu barədə  ILGA Europe (Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası) Təşkilatının  yaydığı hesabatda bildirilib. 

ILGA reytinq siyahısının necə tərtib olunması ilə bağlı açıqlamasında bildirib ki, burada hər hansı ölkənin qanunlarının və siyasi kursunun LGBTİ fərdlərinin həyatına necə təsir etdiyi əsas götürülüb. 
 
Təşkilatın Azərbaycanla bağlı hissəsində qeyd edilir ki, ölkədə LGBTİ fərdlərinə qarşı media, siyasi və din xadimləri tərəfindən səsləndirilən nifrət nitqi ciddi problem olaraq qalır.
 
Bildirilir ki, LGBTİ fərdlərinə qarşı cəmiyyət daxilində zorakılıqlar mövcuddur. Həmçinin hökumət tərəfindən LGBTİ fərdlərinin hüquqlarının qorunması sahəsində səmərəli işlərin görülmədiyi vurğulanır. 
 
Azərbaycanda yaşayan LGBTİ fəalı Əli Məlikovun sözlərinə görə, Azərbaycanda hökmət LGBTİ+lərin hüquqlarını qorumaqda maraqlı deyil.
 
"Cəmiyyətin mentaliteti, hərəkətləri dövlət tərəfindən tənzimlənir. Azərbaycanda hökmətə LGBTQ+lərin hüquqlarını qorumaq maraqlı deyil. İndiki dövr üçün kuirlərin ehtiyacı yaşamaqdır, amma bu gələcəkdə belə limitli olmayacaq. Kuirlər (LGBT fərdi) sadəcə evlənmək, uşaq himayə etmək kimi sadə arzularla mübarizə aparmırlar. Bizim mübarizəmiz etnik kimliyi, inancları, olduğumuz sinifi əhatə edir. Qlobal LGBTQ+hərəkatı gender kimliyi və cinsi oriyentasiyası, özünü ifadəsi marginallaşdırılan hər insan üçün danışır. Çünki hökümət də bilir ki, bizimlə hansısa mövzularda razılaşsa, davamını da gətirəcəyik, etnik qruplardan olan, aşağı əmək haqqı ilə istismar olunan, qadın sosiallaşması yaradanlar üçün də küçələrə çıxacağıq. Potensial təşkilatlanmış etirazçı kütlə formalaşdırmağı isə əlbəttə sistem istəmir. Buna görə də Azərbaycanda hər il polis ovları, zorlamalar, dəhşətli qətllər olur. Azərbaycan höküməti istəmir ki, Socarda işçinin pulunu yeyənlə, transı qətl edənin eyni sistemdən olduğunu başa salaq. İnsanlar əvvələ nisbətdə müharibə, karantindən sonra daha qorxulu olublar. Karantinə görə əməyə çatımlılığı düşən insanları illərin propaqandası ilə müharibəyə göndəriblər. Hazırladıqları pro-müharibə dəyərlərində də əlbəttə "petuxlara" nifrət var. Hökümət LGBTQ+lərin var olduğunu görmək istəmir. Sadəcə qanunlardakı boşluqlarlı  manipulyasiya edir”, - o deyib.
 
İnsan Hüquqları Komitəsinin üzvü, Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda LGBTİ hüquqlarının pozulması ilə bağlı ciddi bir problem yoxdur. 
 
"Bu sahədə Azərbaycanda ciddi problem yoxdur. Müəyyən problemlər üzə çıxdıqda da bunun həlli istiqamətində addımlar atılır. Amma cinsi azlıqlarla bağlı Azərbaycanda xüsusi bir təqib yoxdur. Onlarında cəmiyyət həyatına hansısa bir inteqrasiyası yaxşı qarşılanmır. Yəni cəmiyyətdə buna müsbət yanaşma yoxdur. Dövlətin çağlı burada hər-hansı bir problem yoxdur. Cəmiyyət bu məsələdə özünün mənfi reaksiyasını verirsə, dövlətin bu istiqamətdə cəmiyyəti susdurmaq imkanları yoxdur. Bütün hallarda əgər onlar hər-hansı bir təzyiqə, fiziki zorakılığa məruz qalarsa hüquq-mühafizə orqanları ciddi şəkildə reaksiya verir. Məncə onların hansısa bir şəkildə xüsusi bir əlahiddə bir təbəqə olaraq qorunması cəmiyyət tərəfindən haqlı olaraq müəyyən sərt reaksiyalarla qarşılanır. Amma istənilən LGBTQ fəallarına qarşı hansısa bir diskriminasiya məsələləri olanda bunun qarşısı alınmalıdır", - deputat bildirirb.
 
LGBTİ aktivisti və "Minority” jurnalının təsisçisi Səməd İsmayılov deyir ki, Azərbaycan Avropada LGBTİ fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir və buna səbəb ölkədəki həm iqtisadi-siyasi vəziyyət, həm təhsil sistemi, o cümlədən nifrət nitqi ilə müşaiyət olunan media, həm də hüquq-mühafizə orqanlarının LGBT təhlükəsizliyinə laqeyd yanaşmasıdır.

49 ölkədən ibarət siyahıda Azərbaycan sonuncu pillədə qərarlaşıb. Ondan əvvəlki yerlərdə isə müvafiq olaraq Türkiyə, Rusiya və Ermənistan yer alıb. 

Avropada LGBTİ hüquqlarının ən yaxşı qorunduğu ölkələrin ilk beşliyində Malta, Danimarka, Belçika, İspaniya və Findandiya qərarlaşıb. 
 
İstiqamət:6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
Eltac Nurullazadə
 
 

 
 
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol