• $
  • €
  • ₽
  • ₺
  • £

Elvin Arifoğlunun şərti azadlığa çıxması ilə bağlı məhkəmə qərarı ləğv edilib

Elvin Arifoğlunun şərti azadlığa çıxması ilə bağlı məhkəmə qərarı ləğv edilib
03.08.2023 18:45
2012-ci ildə öz əsgər yoldaşını səhvən açılan atəş nəticəsində öldürən Gəncə Şəhər sakini Elvin Arifoğlunun şərti azadlığa çıxması ilə bağlı məhkəmə qərarı ləğv edilib. Bu barədə onun qardaşı məlumat verib.
 
Elvin Arifoğlu cəza müddətinin 9 ilini çəkdikdən sonra, birinci instansiya məhkəməsinin qərarı ilə 2022-ci ildə şərti azadlığa buraxılmışdır.
 
Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, məhkəmənin verdiyi bu qərar qanunla nizamlanır.
 
"Ağır cinayətlər üzrə məhkum  cəzanın dörddə üç hissəsini çəkibsə onun cəzası şərti azadlıqla dəyişdirilə bilər. Yəni bu qanunvericilikdə var. Təbii ki, bu cəzaçəkənin davranışından və cəzaçəkmə müəssisəsinin verdiyi xasiyyətnamədən aslıdır. Onların razılığı olur və məhkəmə belə bir qərar qəbul edir. Buna birinci instansiya məhkəməsi baxır və təmin edir. Lakin həmin qərardan şikayət vermə imkanı var. Burada iş yenidən başlanmır, sadəcə birinci instansiya məhkəməsinin qərarı protest nəticəsində ləğv olunur. Bunlar hamısı qanunla nəzərdə tutulan prossesual davranışlardır. Bəzən prokurorluq birinci instansiyanın rəyinə razı olmur. Prokurorluq nəzərə alır ki, zərərçəkmiş tərəfdən şikayət var, ağır cinayətdir və tam islah olunmayıb. Amma bəzən məhkəmə prokurorun fikrini nəzərə almır və mudafiə tərəfinin fikrini nəzərə alaraq qərar qəbul edir. Bu da qanunidir. Yəni məhkəmə müstəqildir, prokurorun sözundən asılı deyil”, - hüquqşünas bildirib.
 
Elvin Arifoğlu Tərtər Hərbi Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə CM-nin 338.1-ci və 120.2.2-ci maddəsi ilə təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
 
Eltac Nurullazadə

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol