• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçiləri parkinq xidmətini SMS ilə ödəyə biləcək

“Nar” abunəçiləri parkinq xidmətini SMS ilə ödəyə biləcək
16.08.2023 15:03
İndi "Nar” abunəçiləri heç bir parkinq ödəmə cihazından istifadə etmədən, sadəcə SMS ilə parklanma üçün nəzərdə tutulmuş ərazilərdə avtomobillərini mimimum 30 qəpikdən başlayan  ödənişlə park edə bilər. 

Parkinq üçün uyğun yer tapdıqdan sonra xidmətdən istifadəyə başlamaq çox sədədir. Ardıcıllığa əməl etməklə, avtomobilin qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsini və parklanma yerini (Məsələn: 10XX000 – 10001 – 1) yazıb 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladırsınız.
 
Parkinqdən çıxarkən isə "SON” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu zaman parkinqdən istifadə müddətiniz hesablanacaq və ödəniş məbləği "Nar”ın öncədən ödənişli tarifində olan abunəçilərin balansından avtomatik çıxılacaq. Korporativ müştərilər isə AzParking tətbiqi üzərindən müxtəlif üsullarla ödənişi həyata keçirə bilərlər . Ətraflı məlumat üçün nar.az/parkinq səhifəsinə daxil ola bilərsiniz. 

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol