• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Azərbaycanı 65 min avrodan çox cərimələyib

Avropa Məhkəməsi Azərbaycanı 65 min avrodan çox cərimələyib
31.08.2023 16:40
Avqustun 31-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini 65 min avro məbləğində cərimələyib. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) məlumat yayıb.
 
Bildirilir ki, 8 ərizə üzrə 3 qərar və qərardad elan edilib.
 
Nabat Bağırova və digər beş ərizəçinin işində ərizəçilər mülkiyyət hüquqlarının pozulmasından şikayət ediblər. Onların daşınmaz əmlakları - evləri, torpaq sahələri və ya mənzilləri 2015-16-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb. Əmlakın özgəninkiləşdirilməsi qanunsuz idi.
Avropa Məhkəməsi 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən edərək, ərizəçilərin şikayətinin əsaslı olduğunu müəyyən edib.

AİHM hökumətlə ərizəçilər arasında razılığın əldə olunmasının mümkünlüyündən danışıb. Əgər tərəflər 3 ay ərzində razılığa gəlsələr, AİHM-ə məlumat verməlidirlər. Daha sonra yekun qərar elan olunacaq.

2023-cü ilin altı ayında Avropa Məhkəməsi Azərbaycanla bağlı 180 ərizə üzrə 60 qərar və qərardad qəbul edib. Bu barədə saytın rəsmi səhifəsində məlumat yerləşdirilib. 
 
2022-ci ilin eyni dövründə Avropa Məhkəməsi 170 müraciət üzrə 55 qərar və qərardad qəbul edib. 
 
Cari ilin yanvar-iyununda Azərbaycandan göndərilmiş 14 ərizəni qəbuledilməz sayan 8 qərardad elan edib. 
 
Ötən 6 ayda 40 ərizəyə baxılması hökumətin təktərəfli bəyannaməsinə əsasən başa çatıb. 

2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı qəbul etdiyi bütün qərar və qərardadlar üzrə ümumilikdə 551 min avrodan artıq ədalətli əvəz müəyyən edilib. Mahiyyəti üzrə çıxarlmış qərar ərizəçilərə 187 min avrodan artıq ədalətli əvəz ödənilməsini nəzərdə tutur. Bu göstərici dostca anlaşmalara əsaslanan qərardadlarda 251 min avrodan artıq, hökumətin təktərəfli bəyannamələri üzrə çıxarlan qərardadlarda isə 112 min avrodan artıq məbləğ təşkil edib.
 
Aytac Zeynalova


 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol