Nuridə Allahyarova mətbuat katibi təyin olunub

Jurnalist Nuridə Allahyarova "Yeni Klinika"ya ctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub. Bu barədə jurnalist özü məlumat verib.
Bundan əvvəl, Allahyarova Mədəniyyət Nazirliyində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.
Nuridə Allahyarova daha əvvəl Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, "Space" və Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışıb.
Aytac Zeynalova
Aytac Zeynalova
www.anews.az
























