• $
  • €
  • ₽
  • ₺
  • £

Direktorun səhvinə görə əmək fəaliyyətimə xitam verilib - İbtidai sinif müəllimi/Açıqlama

Direktorun səhvinə görə əmək fəaliyyətimə xitam verilib - İbtidai sinif müəllimi/Açıqlama
05.09.2023 11:37
Goranboyun Düzqışlaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi  Nailə Həsənova 60 yaş olmasına baxmayaraq, sertifikasiya imtahanında iştirak etmədiyinə görə, fəaliyyətinə xitam verilib. Bu barədə o anews.az-a açıqlamasında bildirib. 
 
"Keçən il sertifikasiya imtahanı vaxtı həyat yoldaşım rəhmətə getdi, eyni zamanda oğlum əsgərlikdə olub, özüm xəstəxanadan çıxaraq, imtahandan iştirak etmişəm. Fikirmi toparlaya bilmədiyim üçün ümumilikdə 36 bal toplayaraq, imtahandan kəsilmişəm. Bu il isə direktor zəng edərək, mənə təklif etdi ki,
yaşınız 60-dan çox yaşınız olduğunuz üçün imtahanda könüllü iştirak etmək hüququndan istifadə edə bilərsiniz. Mən də yaxınlaşıb ərizə yazdım, imtahandan imtina etdim. İndi isə mənim əmək fəaliyyətimə xitam verilib. Direktor da belə bir təklif etdiyini etiraf edir", - Nailə Həsənova deyib.  
 
Həsənova deyir ki, 60 yaşı tamam olduğu üçün iyulda ərizə yazıb. Ona bildiriblər ki, bundan sonra sizə gələn mesajlar şablon xarakteri daşıyacaq. İmtahanda iştirakınız könüllülük xarakter daşıyır. 
 
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Şəhər Təhsil İdaərsindən bildirilib ki, həmin müəllimlərin imtahana cəlb olunması ilə bağlı məlumat onların şəxsi kabinetlərinə göndərilib. 
 
"Goranboy rayon Düzqışlaq kənd tam orta məktəbin ibtidai sinif müəllimi Nailə Həsənovanın sertifikasiya prosesində iştirakı ilə bağlı məlumat onun şəxsi səhifəsinə göndərilib. Müraciətdə qeyd olunan digər məsələlər araşdırılır.", - açıqlamada qeyd olunub. 
 
Nailə Həsənovanın problemi ilə bağlı Düzqışlaq kəndinin tam orta məktəbinin direktoru Elvin Zeynalovla əlaqə saxladıq. Direktor yaranmış vəziyyəti müəllimin şəxsi kabientini izləmədiyi üçün baş verdiyini izah edir. 
 
"Müəllimənin işinə baxılıb. Regional Təhsil İdarəsinə müraciət etdik, məlum oldu ki, müəllim öz şəxsi kabinetini izləməyib. Orada könüllu olub, olmadığını qeyd olunub. Hər bir müəllim şəxsi kabinetini izləməlidir. Nailə xanım izləməyib. Bu səbəbdən imtahanda iştirak etməyib. Buna görə də müəllimə nazirlik tərəfindən xitam verilib. Əlimizdən bir şey gəlmir",- məktəb direktoru bildirib.
 
Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
 
Elm və Təhsil Nazirliyinin ibtidai sinif müəllmləri üçün nəzərdə tutulan sertfikasiya imtahanında ikinci dəfə iştirak edib keçid balını toplaya bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. 
 
Bildirilib ki, ötən il imtahandan keçə bilməyən 606 müəllim ikinci dəfə imtahanda iştirak etsə də minumum keçid balını toplamayıb, 137 nəfər isə imtahaa gəlməyib. 

Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
 
İmtahanda minumum bal 50, maksimum bal isə 60 bal nəzərdə tutulub.

Aytac Zeynalova
  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol