• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Gürcüstan aviaşirkəti Bakıya ilk reysini həyata keçirib

Bu gün Gürcüstan aviaşirkəti Bakıya ilk reysini həyata keçirib
06.09.2023 19:09
Bu gün "Georgian Wings” aviaşirkətinin Tbilisi-Bakı marşrutu üzrə ilk reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Gürcüstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

"Georgian Wings” aviaşirkətinin ilk reysinin gəlişinə həsr olunmuş mərasimdə aviaşirkətin nümayəndələri, eləcə də Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər. Ölkələr arasında əlaqələrin inkişafı baxımından bu tədbirin əhəmiyyəti vurğulanıb.

"Aeroportumuz beynəlxalq tərəfdaşlıq əlaqələrinin davamlı inkişafına və genişlənməsinə sadiqdir və bu marşrutun istifadəyə verilməsi iki ölkə arasında turizmin, biznesin və mədəni mübadilənin inkişafı üçün daha da geniş imkanlar açır”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.

"Biz Tbilisi-Bakı marşrutu üzrə "Georgian Wings” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu enişini qeyd etməkdən qürur duyuruq. Bu mühüm məqam Gürcüstanla Azərbaycan arasında bizim yaxın dost qonşuluğumuzu vurğulayır. Bu marşrut bizim üçün ölkələrimiz arasında turizm, biznes və mədəni mübadiləni inkişaf etdirmək üçün sonsuz imkanlar açır. Müntəzəm reyslər bu həftədən etibarən ATR72-500 təyyarələri ilə başlayacaq və Tbilisi ilə Bakı arasında rahat uçuşlar həyata keçiriləcək. Yeni üfüqlər açmaq və tərəfdaşlığımızı gücləndirmək üçün biz hər kəsi "Georgian Wings”in göyərtəsində gözləyirik”, - "Georgian Wings” aviaşirkətinin baş direktoru Edison Pipia bildirib.

"Georgian Wings” Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri müntəzəm uçuşlar həyata keçirəcək.
 
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.georgianwings.com rəsmi saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol