• $
  • €
  • ₽
  • ₺
  • £

DİN deputat oğlu ilə bağlı açıqlama verdi

DİN deputat oğlu ilə bağlı açıqlama verdi
06.03.2014 21:05
Daxili İşlər Nazirliyi (DİN) bir neçə ay əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda maşına atəş açması barədə yayılan xəbərlərə münasibət bildirib.Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, məsələnin mahiyyəti həddindən artıq şişirdilib və bu ətrafda yersiz ajiotaj yaradılıb. Onun sözlərinə görə, həqiqətən hadisədə adıçəkilən “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onun ərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfin izahatı alınıb: “Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşında iki gənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə xanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu, alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həmin araşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsində olan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrinin izləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Ona görə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələlər öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı”. DİN rəsmisi qeyd edib ki, iddiaçı xanım tərəfindən məsələnin mahiyyəti qəsdən şişirdilir və ətrafda süni ajiotaj yaramaq istəyir: “Polis tərəfindən tam qanuni tədbirlər görülüb. Ona görə də onun iddiaları əsasızdır. Araşdırma nəticəsində ekspert rəyi və şahid ifadələri ilə onların dedikləri təsdiqini tapmayıb. Ona görə də araşdırmanın nəticələrinə əsasən məsələ cinayət tərkibli olmadığı üçün onun araşdırılmasına xitam verilib. Cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılıb”. Qeyd edək ki, “Nissan Juke” markalı avtomobildə olan Aynurə Cəfərova bu gün “Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol