Laçında yol qəzasında ölənlər Azərenerjinin əməkdaşları deyil - Yenilənib

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu "Azərenerji” ASC-nin əməkdaşları deyil. Bu barədə Azərenerji ASC İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.
Bildirilib ki, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
09:58
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, "Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























