• $
  • €
  • ₽
  • ₺
  • £

“Yenə də metroda işləyirəm” - Tağı Əhmədov

“Yenə də metroda işləyirəm” - Tağı Əhmədov
06.03.2014 15:00
ANN.Az Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun Publika.Az-a qısa müsahibəsini təqdim edir: - Tağı müəllim necəsiniz? - Çox sağ olun, hər yaxşı və yüksək səviyyədədir.- Yəqin istirahət edirsiniz? - Xeyr, niyə istirahət edim ki? İşdəyəm.- Metropolitendə? - Əlbəttə, yenə də metrodayam. Bəs harada olmalıyam?- Bakı Metropoliteninin rəisi vəzifəsindən çıxarılan vaxtı həyat yoldaşınız demişdi ki, bir müddət istirahət edəcəksiniz… - Qoyun, həyat yoldaşım mənim əvəzimdən də istirahət etsin. Ancaq mən işimlə məşğulam.- Yeni planlarınız nədən ibarətdir?- Yeni plan yeni rəhbərliyin olacaq. Mən indi artıq icraçıyam. İcraçı kimi də mənə deyirlər, hər zaman yerinə yetirirəm. İndi yeni rəhbərlik də lazım biləndə mənə nəsə deyər. Ancaq faktiki olaraq mən metroda işləyirəm.- Tağı müəllim, vəzifədən çıxarılan ərəfədə jurnalistlər sizdən çox yazmışdı. Buna görə jurnalistlərdən incik qalmamısınız?- Nə olar, sağ olsunlar. Kim necədirsə, elə də olmalıdır da. Maskalanmağa ehtiyac yoxdur, necə lazımdırsa elə də olmalısan. Mən heç bir məmura da kölgə atmaq istəmirəm. Sadəcə olaraq, mən necə varamsa, eləyəm. Mən necə düşünürəmsə, elə danışıram. Mənim jurnalistlərə qarşı böyük hörmətim var. Ancaq o jurnalistlərə ki, onlar həqiqətən jurnalistlərdir. Küçədən tutulub gətirilmiş və savadsız jurnalistlərə isə  heç zaman hörmətim olmayıb və bundan sonra da olmayacaq.- Bədii yaradıcılıqla bağlı nə planlarınız var? - Bu istiqamətdə işlərim davam edir. Bunu ki, mənim əlimdən alan yoxdur? Əvvəl elə düşünürdüm ki, şeirlərimi çap etdirməyəcəm. Ancaq indi fikirləşirəm ki, artıq mən məmur deyiləm və kitabımı çap etdirə bilərəm. Hələ yeni kitabım çıxmayıb. Ancaq cilalanmış şəkildə bədii yaradıcılığımdan nümunələr var. Hamısı da şeirlərdir. Bunları kitab şəkilində çap etmək olar. Hardasa ortalığa sanballı bir kitab çıxar. Kitabın adını hələ düşünməmişəm. İnşallah, bir il və il yarıma kitab çıxarmaq olar. Bəlkə də heç olmadı. Hər şey ola bilər. Bunların içərisində ulu öndər Heydər Əliyevə, Yeni Azərbaycan Partiyasına (YAP) həsr olunan şeirlərim və Azərbaycanda məşhur olan “İlham alıram” adlı mahnının sözləri də var.  - Əgər mümkünsə, oxucularımız üçün yazdığınız şeirdən birini söyləyərdiniz… - Xocalı soyqırımı ilə bağlı fevralın 26-da “Respublika” qəzetində bir şeirim dərc olunub. Həmin şeirimdə müsəlman düyasına aid fikir söyləmişəm. Şeir belədir:Zülm həmişə dayanıb, görənlər kordur,Alov asimanda, deyirlər qordur,Müsəlmanlar üçün hörülən tordur,Belə gəlib, belə gedən dünyadır!ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol