• $
  • €
  • ₽
  • ₺
  • £

“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazandı!

“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazandı!
10.10.2023 14:16
Azercell və Azərbaycan Cüdo Federasiyasının "Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalda qalib oldu!


Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Qızlara ağ yaraşır” layihəsi Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında — "Red Jolbors”da Qran-pri mükafatına layiq görülüb. Qran-pri ilə yanaşı, layihə 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat da qazanıb. "Qızlara ağ yaraşır” 6 ölkədən (Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Rusiya) daxil olan 509 müraciət arasından aşağıdakı nominasiyalar üzrə qalib seçilib: 


1. Festivalın 2023-cü il üçün Qran-pri mükafatı
2. "PR Kampaniyaları” kateqoriyasında qızıl mükafat
3. "PR Strategiyası” kateqoriyasında qızıl mükafat
4. "Kampaniya Strategiyası” kateqoriyasında qızıl mükafat
5. "İnteqrasiya Olunmuş Reklam Kampaniyası” kateqoriyasında gümüş mükafat
6. "Sosial film” kateqoriyasında bürünc mükafat
7. "Tərəfdaşlıq” kateqoriyasında bürünc mükafat


Jüri qismində isə Böyük Britaniya, Malayziya, Rusiya, İtaliya və Yeni Zelandiyadan olan reklam peşəkarları çıxış ediblər. Qeyd edək ki, "Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı "Endorphin” reklam agentliyidir.


Bu, "Qızlara ağ yaraşır” sosial layihəsinin qalib gəldiyi ikinci beynəlxalq festival və qazandığı ikinci qran-pri mükafatıdır. Belə ki, layihə ötən ay Gürcüstanda baş tutmuş "Ad Black Sea” festivalında da 13 kateqoriyanın 6-da mükafata layiq görülmüşdü. 


"Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi "Qızlara ağ yaraşır” sosial layihəsi qızları inkişaf və idmana cəlb etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.


"Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası cüdo məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.


"Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün:


https://qizlaraagyarasir.az/# 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol