Hərbçilərin pensiya yaşını artırmaq olmaz - Deputat

Ehtiyatda olan hərbçilərin pensiya yaşını artırmaq doğru qərar olmaz. Bunu deputat Tahir Kərimli deyib.
"Məndə olan dəqiq məlumata görə hərbçilərin pensiya yaşının artırılmasını istəyirlər. Bunu doğru hesab etmirəm. Bu insanlara xüsusi diqqət olmalıdır. Onların haqqı var ki, zamanında pensiyaya çıxıb mülki həyatını qura bilsin", - deputat oktyabrın 17-də Milli Məclisin plenar iclasında Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna münasibət bildirərkən deyib.
Deputat həmçinin təklif edib ki, ehtiyatda olan hərbçilərin də əməkhaqqları artırılmalıdır.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























