Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin dəhlizində 1 ədəd qaz sobası və 1 ədəd yataq dəsti yanıb.
Bu barədə FHN məlumat yayıb.
Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib və 2 ədəd qapı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.