Orxan Hacılıya verilən ittihamların bəlli olduğu bildirilir

Ötən gün saxlanılan Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu barədə "Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, ona qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.
Orxan Hacılı barəsində hələ ki, qətimkan tədbiri seçilməyib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























