• $
  • €
  • ₽
  • ₺
  • £

Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub - Yenilənib

Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub - Yenilənib
01.11.2023 23:38
 
Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Səhər örüşə gedən 200 başdan yuxarı iri buynuzlu heyvanda heç bir xəstəlik müşahidə olunmayıb. Axşam saat 16 radələrində örüşdən qayıdan heyvanlarda ölüm baş verib. Yol boyu heyvanlar təxminən aralarındaki məsafə 10-15 metr olmaqla hələlik dəqiqləşməyən sayda tələf olublar.

Gecə saatları olması səbəbindən ölmüş heyvanların sayının dəqiqləşdirilməsi hələlik mümkün deyil. Kənd sakinlərinin dediyinə görə, 50 başdan yuxarı inək tələf olub. Onlar heyvanlarının qəsdən zəhərlənərək öldürüldüklərini ehtimal edirlər.

Hazırda hadisə yerində rayonun baytar həkimləri ölmüş heyvanlardan nümunələr götürür, xəstə heyvanlara zəruri yardımlar göstərirlər. Ölmüş heyvanlar isə ağır texnikalar vasitəsi ilə basdırılır. Tələf olmuş heyvanların dəqiq sayı və ölüm səbəbi araşdırmalardan sonra məlum olacaq.

 22:36

Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb.

Kənd sakinlərinin dediyinə görə, axşam saatlarında örüşdən qayıdan 50 başdan yuxarı heyvan tələf olub.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol