• $
  • €
  • ₽
  • ₺
  • £

Hava şəraiti ilə bağlı qazın istehlakı azalıb

Hava şəraiti ilə bağlı qazın istehlakı azalıb
03.11.2023 14:12
Respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 14 milyon 82 min kubmetr təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon kubmetr azdır. Bunu SOCAR "Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov "Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı  jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, sutkalıq qaz qəbulunun az olması temperatur şəraiti ilə bağlıdır.
 
Şöbə rəisi vurğulayıb ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 9 milyon 521 min kubmetr, regionlar üzrə isə bu rəqəm 4 milyon 561 min kubmetr təşkil edib.
 
2021-ci il oktyabrın 16-da Tarif (Qiymət) Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrə qədər və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı sektorları üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə çatdırılıb.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol