Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə ilə saxlanılıb

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və xuliqanlıq əməlinə görə məhkum olunmuş Nadir Dadaşov idarə etdiyi "Land Cruiser” markalı avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























