Daşkəsəndə avtomobil aşdı: Xəsarət alanlar var

Daşkəsən rayonunda minik avtomobili aşıb, xəsarət alanlar var.
"Report”un məlumatına görə, Daşkəsən rayon Alunitdağ qəsəbə ərazisində VAZ-21015 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Avtomobildə olan digər şəxsin vəziyyəti normal qiymətləndirilir.
www.anews.az
























