Deputat regionlarda təmiz şəhər modelinin yaradılmasını təklif edib

Regionlarda təmiz şəhər modelinin yaratmağa ehtiyac var. Bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
www.anews.az
"Rayonlarda Bakıdan fərqli olaraq tullantıların idarə olunması düzgün idarə olunmur. Təmiz Şəhər modelinin regionalara daşınmasına ehtiyac var. Bundan başqa, iqlim dəyişkliyini nəzərə alıb su resurslarından səmərəli istifəadə məsələnini önə çıxarmalıyıq. Su ilə bağlı Azərbaycanı təhdidlər gözləyir. Qonşu ölkələrdən dəfələrlə geri qalırıq. Hökumət bu məsələdə vətəndaşla olan münasibətlərinə bir də baxmalıdır. Əvvəlki illərlə baxsaq, bu sahəyə vəsait ayrıldığını görsək də, hər hansı işlər görülmədiyinin şahidi oluruq”, - deputat noyabrın 6-da Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar suyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deyib.
Qurbanov həmçinin balıqçılığın artırılması istiqamətində xüsusi proqramın olmasını təklif edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib























