Bakı-Ələt yolunda 10 maşın toqquşdu - Uzun tıxac yarandı

Bakı-Ələt yolunda zəncirvari qəza baş verib.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qəza yolda uzun tıxaca səbəb olub və avtomobillərin hərəkətini çətinləşdirib.
Həmçinin, sosial şəbəkələrdə sərnişinlər saatlardır tıxacda qaldıqlarını deyiblər.
"Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























