• $
  • €
  • ₽
  • ₺
  • £

İşləməyənlər 2025-ci ilə qədər icbai tibbi sığortadan istifadə edə biləcəklər

İşləməyənlər 2025-ci ilə qədər icbai tibbi sığortadan istifadə edə biləcəklər
22.11.2023 11:05
Əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər.  Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundada dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir", - o noyabrın 22-də "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda təlimdə çıxışında deyib. 
 
Əhmədova vurğulayıb ki, hər il  davamlı olaraq bu müddət uzadılır.
 
"Gələcəkdə müddətin uzadılıb-uzadılmaması isə Milli Məclisin səlahiyyətində olan məsələdir", - o söyləyib. 

O həmçinin bildirib ki, qanun layihəsinə əsasən icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif edilib. 

"Müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda tətbiq olunması nəzərdə tutulur. Əlavə olaraq, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunub. 2024-cü il 1 yanvar tarixinə qədər olan möhlətin 2027-ci il 1 yanvar tarixinədək artırılması "Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi”ndə nəzərdə tutulub. Sözügedən layihə hazırda Milli Məclisdə ikinci oxunuşdadır", - Aynur Əhmədova əlavə edib.
 
2022-ci il Azərbaycan əhalisinin 47%-i icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Həmin dövr ərzində 4,5 milyon şəxsə xidmət göstərilib. 
 
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir. 

İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin  xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.

Aygün Mirakif

 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol