• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ jurnalistlərin həbsi ilə bağlı Azərbaycana müraciət edib

ABŞ jurnalistlərin həbsi ilə bağlı Azərbaycana müraciət edib
22.11.2023 17:18
ABŞ Abzasmedianın jurnalistlərinin həbsinə münasibət olaraq Azərbaycan hökumətini ölkədə hüquq və azadlıqlara hörmət etməyə çağırıb. Bu barədə Turan agentliyi yazıb. 
 
Dövlət Departamenitinin sözçüsü Turanın Amerikadakı müxbirinə cavab olaraq bildirib ki, "Biz Ülvi Həsənlinin həbsi və onun həbsdə olan Sevinc Vaqifqızı və eyni zamanda mülki fəal olan Məhəmməd Kekalovun fiziki zorakılığa məruz qalması ilə bağlı xəbərlərdən dərin narahatıq".

"Biz Azərbaycan hökumətini bütün insanların hüquq və azadlıqlarına, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırırıq”, - Miller əlavə edib.
 
Noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb. "Abzas Media”nın ofisində axtarış aparılıb, 40 min avro dəyərində pul dəlil kimi müsadirə edilib.  Ona qarşı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığı nəzərdə tutan 206.3.2-ci maddəsilə ittiham irəli sürülüb.
 
Ülvi İsmayıldan bir gün sonra  "Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb. Bu barədə saxlanılan şəxslərin vəkilləri mediaya məlumat verib. 
 
Hər iki jurnalist haqqında Xətai Rayon Məhkəməsi 4 aylıq həbs qərarı çıxarıb. 
 
AbzasMedia 2014-cü ildən fəaliyyət göstərir. 
 
Aytac Zeynalova 
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol