• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayoununda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Yasamal rayoununda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib
23.11.2023 18:56
22 noyabr Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. ”Hüquq və ədalətin keşiyində” adlı tədbirdəYasamal Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və rayonun hüquq-mühafizə, idarə və qurumların rəsmiləri iştirak etdilər. Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül qoydular, sonra isə Ümumilli Lider və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon qeydiyyat şöbəsinin müdiri İlahə Ələsgərova Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə hər il noyabrın 22-nin ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramının qeyd edildiyi xatırlatdı və Azərbaycan ədliyyə sisteminin keçdiyi tarixi yoldan bəhs etdi.Daha sonra çıxış edən Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin baş məslətçisi Firuzə Nəbiyeva Azərbaycan ədliyyəsinin inkişafı mərhələlərindən danışdı. Bildirildi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir çox mühüm sənədlər qəbul olunub, nazirliyə yeni vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Məhkəmə sistemində elektron idarəetmənin tətbiqi isə çox mütərəqqi addm olub. Sonra Azərbaycanda ədliyyə sisteminin inkişafından bəhs edən filmə baxış keçirildi.

Tədbirdə çıxış edənYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” kəlamını xatırlatdı. Bildirdi ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər ədliyyə-hüquq sisteminin fəaliyyətinə çox böyük önəm verib. Həm sovet, həm də müstəqillik illərində bu sahədə Ulu Öndərin təşəbbüsü ilə dərin islahatlar aparılmışdı.Ədliyyə sisteminin əsaslı surətdə inkişafı Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. O zaman nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardım yaxşılaşdırılıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılması təmin edilib. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndən sonra isə Azərbaycanın ədliyyə sistemi yeni və müasir inkişaf mərhələsinə qədəm qoydu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq penitensiar sahədə aparılan islahatlardan, məhkumların saxlanma şəraitinin, tibbi təminatının yaxşılaşdırılması, sosial adaptasiyası ilə bağlı ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Ulu Öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla həyata keçirilərək əfv və amnistiya aktları geniş tətbiq edilir.

Tədbirdə çıxış edən Yasamal rayon məhkəməsinin sədri İslam Əliyev, YAP Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov,Sudeyif İmamverdiyev Azərbaycanın keçidiyi hüquqi dövlət quruculuğu yolundan və Heydər Əliyevlə bağlı xatirələri ilə bölüşdülər. Bildirildi ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan yeni vəzifələrin - qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmədə şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlar ardıcıl şəkildə icra olunur və burada əsas məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir.

Tədbirin sonunda bir qrup Ədliyyə işçisinə fəxri fərmanlar təqdim edildi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol