• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayda Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

9 ayda Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib
06.12.2023 14:24
2023-cü ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib. Bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov deyib.
 
O bildirib ki, сari ilin 9 ayında ailə-məişət zorakılığı zəminində törədilən cinayətlərin sayı 1296 olub.
 
"Məişət zəminində törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxs qadınlar, 344 nəfəri kişilər, 14-ü yetkinlik yaşına çatmayan şəxslər olub",- Rafael Süleymanov dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
2023-cü ilin noyabrında Azərbaycanda 6 qadın öldürülüb, ikisi isə bıçaqlanıb. Bu barədə vəkil Zibeydə Sadiqova facebook hesabında paylaşım edib.
 
Oktyabrın 27-də Milli Məclisdə ictimai dinləmə zamanı deputat Zahid Oruc Azərbaycanda gender bərabərliyinin bərpası istiqamətində Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi "Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmağı təklif edib.

2023 -cü ilin yanvar-oktyabrında 405 qadın məişət zorakılığına məruz qalma iddiası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə bu 70 nəfər azdır. 

2022 -ci ildə ölkədə qəsdən adam öldürmə nəticəsində 193 cinayət baş verib. Onlardan 82-si qadınlardır.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol