• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək
07.12.2023 18:56

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək.

Psixologiya və yaradıcılığın birləşməsini praktiki tədqiq etmək - dekabrın 15-i və 16-sı "Nine Senses” və "Handicraft”ın dəstəyi ilə keçiriləcək İlk Yaradıcı Psixologiya Simpoziumunun əsas məqsədidir.
Bu unikal iki günlük tədbir təkcə müzakirələr və mühazirələr deyil, həm də təmsil olunan hər bir sahənin aparıcı mütəxəssisləri ilə yaradıcı şəfalandırma dünyasına baş vurmaq, ustad dərsləri və seminarlarda təmənnasız iştirak etməyi təklif edir.

Yaradıcı psixologiya diqqət mərkəzindədir: Simpozium art-terapiya, musiqi terapiyası, rəqs terapiyası, poeziya terapiyası, yoqa terapiyası və digər istiqamətləri əhatə edir. Məhz bu sahələr insanların əqli, mənəvi və fiziki şəfalanmasına yardım edərək, səhiyyənin, təhsilin və cəmiyyətin inkişafında yer alır.

İstiqamətlər: Təsviri incəsənət, musiqi, rəqs, poeziya və yoqa - bunlar simpoziumun həsr olunduğu beş əsas sahədir. Birinci gün incəsənət və poeziyaya, ikinci gün isə musiqi, rəqs və yoqa terapiyaya həsr olunub.

İştirakçıları nələr gözləyir: Bu iki gün müalicəvi kreativ təcrübələrə və yaradıcılığın psixi sağlamlığa təsirinin müzakirəsinə həsr olunacaq. Sahələrinin aparıcı mütəxəssislərdən ustad dərsləri, tədqiqatlar, maraqlı müzakirələr, eləcə də sərgi fasiləsi, nəfis musiqi proqramı və digər sürprizlər bizi gözləyir.

Məkanlar haqqında: Xəzər dənizinin sahilində yerləşən Nine Senses Art Center, incəsənət və yaradıcılıq sahəsində keyfiyyətli təhsil ala biləcəyiniz yerdir. Nine Senses layihəsi hər kəsə üç istiqamətdə inkişaf etməyə ilhamlandırır: "Spirit”, "Body”, "Mind”. Beləliklə, mərkəzin proqramları müasir incəsənət üzrə mühazirələr, kino, animasiya və mobiloqrafiya dərslərindən tutmuş, incəsənət, yoqa və meditasiya festivallarına qədər geniş spektri əhatə edir. "Nine Senses” ilə yanaşı, gələn həftə "Passage 1901”də yerli brendləri inkişaf etdirmək fəlsəfəsinə əsaslanan Bizimkilər festivalı da tədbirin əsas tərafdaşıdır. Onlar yerli rəssamların və sənətkarların inkişafını dəstəkləyir, innovativ fikirlər və yaradıcı layihələr üçün platforma yaradırlar.

Ekspertlərimizlə tanışlıq: Çıxış edənlər arasında psixologiya və sadalanmış yaradıcılıq növləri üzrə aparıcı mütəxəssislər yer alır: psixoloq, Xəzər Universitetinin psixologiya kafedrasının müdiri - Mələk Kərimova; rəssam və tədqiqatçı - Leyla Qabulova; rəssam və art-terapist - Mehriban Şəmsədinskaya; psixoloq, şair və musiqi terapevti - Dr. Elnur Hacıyev; psixoloq Günel Muradova; musiqiçi və səs terapevti - İlhamə Babayeva; "Hatha” və "Fly” yoqa ustadı - Qafar Qənizadə, "DanceAbility” layihəsinin rəhbəri, xoreoqraf - Nigar Sultanova və diqərləri.

Harada və nə zaman: Simpozium iki heyrətamiz məkanda - 15 dekabr "Passaj 1901”də (Nigar Rəfibəyli 12/14) və 16 dekabr "Nine Senses” yaradıcılıq məkanında ("Sea Breeze”, Nardaran, 31 Dalan) keçiriləcək. Tədbir hər iki gün saat 12:00-da başlayır.

İştirakçı şərtləri: Yeganə şərt bu link vasitəsilə qeydiyyatdan keçməkdir.

(https://www.creativepsychsymposium.com/ru/event-details/creative-psychology-symposium-1/form) Qeydiyyat və iştirak pulsuzdur. Tədbir hər kəs üçün açıqdır.
Məlumat və Qeydiyyat: Ətraflı məlumat əldə etmək üçün simpoziumun rəsmi vebsaytına daxil olun. (https://www.creativepsychsymposium.com/ru)
Bizi izləyin: IG: @creative.psych.symposium (https://www.instagram.com/creative.psych.symposium/)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol