Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin sayı açıqlanıb

2023-cü il dekabrın 1-i tarixinə işğaldan azad olunmuş ərazilərdə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı 2943 nəfər təşkil edib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
"Miqrasiya qanunvericiliyində bu istiqamətdə yeniliklər olduqda ictimaiyyətə mütəmadi məlumat veriləcək",- qurumdan bildirilib.
Həmin şəxslər 15 ölkənin vətəndaşlarıdır. Onların sırasında Türkiyə vətəndaşları çoxluq təşkil edir.
Aytac
www.anews.az
























