• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ukraynaya humanitar yardım göndərib

Azərbaycan Ukraynaya humanitar yardım göndərib
08.12.2023 10:17
Azərbaycan Ukraynaya növbəti dəfə 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi göndərib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
 
Prezidentin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Sözügedən humanitar yardımın birinci hissəsi cari ilin oktyabrın 30-da və 21 noyabr tarixlərində Ukraynaya göndərilib.
 
Azərbaycanın bundan əvvəl Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur.
 
Ötən ilin iyulun 5-də Azərbaycandan Ukraynaya ümumi çəkisi 45 ton 382 kq olan ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatlardan ibarət növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib.

Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.
 
Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində  başlayıb

Aytac Zeynalova





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol