Qatar yoluna düşən sərnişin ölüb

Dekabrın 14-də metronun Memar Əcəmi stansiyasında qatar yoluna düşən qadın ölüb. Bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.
"Saat 6:30 radələrində Bakı Metropoliteninin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb. Yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar.Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib", - məlumatda qeyd olunub.
www.anews.az
























