• $
  • €
  • ₽
  • ₺
  • £

11 ayda İİV-ə yoluxanların sayı açıqlanıb

11 ayda İİV-ə yoluxanların sayı açıqlanıb
14.12.2023 11:53
2023-cü ilin 11 ayında Azərbaycanda  İİV-ə 792 nəfər yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olub. Bu  barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Bildirilir ki, Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olub.

Cari  ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81668 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2321 nəfərdən 1340 nəfəri istifadəçi olması müəyyən olunub 

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır.

Hər il dekabrın 1-də qeyd olunan Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. 
 
Ümümdünya Səhiyyə TƏşkilatı bildirib ki, əhəmiyyətli irəliləyişlərə baxmayaraq, İİV ictimai səhiyyənin aktual problemi olaraq qalır.

Qlobal miqyasda 9,2 milyon insanın müalicəyə çıxışı yoxdur, hər gün 1700 insan HİV ilə əlaqəli səbəblərdən ölür. Daha 3500 nəfər yoluxub, onların çoxu statusunu bilmir və ya müalicə almaq imkanı yoxdur.

Bundan əlavə, maliyyələşdirmə, kriminallaşma və "icma çempionlarının” rollarına təsir edən məhdudiyyətlər onların əldə etdikləri tərəqqiyə təsir edir və QİÇS-ə son qoymaq səylərini ləngidir. 

Bir çox icmalar, o cümlədən kişilərlə cinsi əlaqədə olan kişilər, transgenderlər, seks işçiləri, narkotik maddələrdən istifadə edən insanlar və yeniyetmələr hələ də kritik profilaktika, müalicə və qayğı xidmətlərindən məhrumdur.
 
2022-ci ilin statistikasına görə dünyada 1,3 milyon insan HİV-ə yeni yoluxanlar siyahısındadır. 39 milyon insan hazırda bu xəstəliklə yaşayır. 630 min insan bu xəstəlikdən həyatını itirib. 
 
Qlobal miqyasda 2022-ci ildə bütün yeni HİV infeksiyalarının 46%-i qadınlar və qızlar arasında olub.
 
2022-ci ildə  hər həftə 4000 yeniyetmə qız və 15-24 yaş arası gənc qadın HİV-ə yoluxub.
 
2022-ci ildə aşağı və orta gəlirli ölkələrdə İİV proqramları üçün cəmi 20,8 milyard ABŞ dolları ayrılıb – 2021-ci ildən 2,6% az və 2025-ci ilə qədər tələb olunan 29,3 milyard ABŞ dollarından çox azdır.

Aytac Zeynalova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol