• $
  • €
  • ₽
  • ₺
  • £

2024-cü ildən bəzi məktəblərdə elektron imtahanların keçilməsi nəzərdə tutulur

2024-cü ildən bəzi məktəblərdə elektron imtahanların keçilməsi nəzərdə tutulur
15.12.2023 12:33
2024-cü ildən bəzi məktəblərdə elektron imtahanların keçilməsi nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
 
"2024- cü ildən etibarən Dövlət imtahan mərkəzinin yeni imtahan korpusunda yeni elektron imtahanların keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələdə ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşdırması və iştirakçı sayı 2000 şagird olan məktəblərdə imtahanların online şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Daha sonra on min şagirdi  olan məktəblərdə imtahanlar online qayda da keçiriləcək. Bundan başqa bu proses ali məktəblərdə də bu qaydada keçirə biləcəyik. Çalışmalıyıq ki, imtahanlar daha sərbəst cədvəl əsasında həyata keçirilsin. Daha vacib hədəfimiz təhsil alanların səriştəsinin yoxlanılmasıdir.  Bu da rəqəmsallaşdırmadan asılıdır. Təkcə informatika dərslərində rəqəmsallaşma deyil, digər fənlərdə də bunlar nəzərə alınmalıdır. Təbii ki bununla da əlaqədar yeni növ qiymətləndirmə, ölçmə materialları hazırlamalıyıq",- DİM sədri əlavə edib. 

Məleykə Abbaszadə bildirib ki, DİM öz fəaliyyətində süni intellektin tətbiqinə başlayır.
 
" DİM-in öz fəaliyyətində süni intellekt tətbiqinə başlaması hədəfimizə çatmağa, eyni zamanda vətəndaş məmnunluğunu artırmağa imkan verəcək. Daxili nəzarət proqramlarında bu istifadə olunur. Gələn ilin martından  biz müəyyən proqramları süni intellekt əsasında quracağıq",- Abbaszadə əlavə edib.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol