Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır

Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır.
Bu, Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən, müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planın məcburi tətbiqi müddətinin uzadılmasına (müvafiq müddəanın tətbiqinin növbəti dəfə təxirə salınmasına) zərurət yaranıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib























