Bakının Sulutəpə qəsəbəsində evdən 1000 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. www.anews.az