• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi tədbir keçirib

Dövlət Komitəsi tədbir keçirib
25.12.2023 13:14
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Abadlıq xidmətinin birgə  təşkilatçılığı ilə Laçın şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti - "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə "Laçın” kinoteatrının foyesində Ulu Öndərin məcburi köçkünlərlə görüşlərindən, həmçinin onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülmüş işlərdən bəhs edən fotosərgiyə baxıblar.  

Rəsmi hissə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Dövlət Himni səsləndirilib.

Müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad edilməsi üçün fədakarlıqla çalışan Ulu Öndər Heydər Əliyevin bununla bağlı arzularının artıq gerçəkləşdiyini qeyd edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçında genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Milli Məclisin deputatı Mahir Abbaszadə Ümummilli liderin müstəqil dövlətçilik xəttinin, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasətinin nəinki ölkəmiz üçün önəmli, eyni zamanda, bütün dünya üçün örnək olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov doğma yurdundan didərgin düşən həmvətənlərimizlə iş sahəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş siyasətin uğurlu nəticələrindən danışıb, Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü, təsirli tədbirlər həyata keçirdiyini bildirib. "Bakı Abadlıq Xidməti”nin direktor müavini Nəsimi Əsədov Ulu Öndərin xalqımıza bəxş etdiyi nailiyyətlər barədə fikir bildirib, Prezident İlham Əliyevin tapşırığı ilə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. 


Tədbir iştirakçılarına "Böyük Qayıdış: Heydər Əliyev dühası" filmi təqdim olunub. Filmdə Ulu Öndər Heydər Əliyevin məcburi köçkünlərlə keçirdiyi görüşlər, onların yaşayış şəraitinin və maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər öz əksini tapıb. Film böyük maraqla qarşılanıb.

Daha sonra işğaldan azad edilmiş Laçın rayonu, Laçın şəhərinə köçürülən məcburi köçkünlər Elbrus Təhməzov, Sevinc Cabbarova və Qəzənfər Hüseynov Ulu Öndərin "Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar” sözlərinin cənab Prezident İlham Əliyevin uğurlu dövlət siyasəti nəticəsində reallaşdığını və məcburi köçkünlər dədə-baba yurdlarına qayıtmaqda davam etdiyini böyük məmnunluqla qeyd ediblər. Onlar doğma torpaqlarında sevincli günlər yaşadıqlarını, onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Tədbirin sonunda Heydər Əliyevin 100 illiyinə həsr olunan flaşmobunun təqdimatı keçirilib, Dövlət Proqramının icrası çərçivəsində təbliğat işlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

Daha sonra Laçın şəhərinə qayıtmış 30 ailəyə daimi yaşayış üçün verilən evlərin açarları təqdim edilib.

Tədbirin bədii hissəsində iştrakçılara muğam ifaçıları Ehtiram Hüseynov, Səbinə Ərəbil, Kamilə Nəbiyeva və Səbuhi İbayev ifalarından ibarət konsert proqramı təqdim olunub.

Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavini Fuad Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin deputatı Mahir Abbaszadə, Bakı Abadlıq xidmətinin direktor müavini Nəsimi Əsədov, Laçın Abadlıq xidmətinin əməkdaşları, Dövlət Komitəsinin və komitə yanında İctimai Şuranın üzvləri, o cümlədən Laçın şəhər sakinləri iştirak ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol